---
title: "Yüksəl - Dövlət qulluğu - Reviews, Revenue and Downloads in Azerbaijan | Apple App Store"
description: "Dövlət qulluğu imtahanına hazırlaşmağın ən rahat və rəqəmsal yolu. Qanunların tam mətni, testlər, sınaq imtahanları, vakansiyalar və müsahibəyə hazırlıq — hamısı bir yerdə.  TEST MƏRHƏLƏSİ Dövlət qull"
---

# Yüksəl - Dövlət qulluğu — Azerbaijan
> İmtahan, test, qanun, məntiq

![Yüksəl App Icon](https://is1-ssl.mzstatic.com/image/thumb/Purple221/v4/1f/dc/bc/1fdcbc3e-6c14-7832-41f3-68389cd7e9ea/AppIcon-0-0-1x_U007ephone-0-1-0-85-220.png/434x0w.png)

**Developer:** [Unknown](https://apptail.io/developer/unknown-GvWaEc) (Azerbaijan)
**Category:** Education
**Rating:** 4.6/5 (44 ratings)
**Price:** Free
**Bundle ID:** com.devadamlar.yuksel
**Store:** Apple App Store
**Country:** Azerbaijan
**Version:** 1.1.2 (released 2026-11-13)
**Original Release:** 2026-09-30
**Languages:** Azerbaijani

**App Store Link:** [Download on Apple App Store](https://apps.apple.com/az/app/app/id6812013623)
**AppTail Page:** [https://apptail.io/app/yuksel-dovlet-qullugu-BnaD/azerbaijan](https://apptail.io/app/yuksel-dovlet-qullugu-BnaD/azerbaijan)

## Yüksəl Description
Dövlət qulluğu imtahanına hazırlaşmağın ən rahat və rəqəmsal yolu. Qanunların tam mətni, testlər, sınaq imtahanları, vakansiyalar və müsahibəyə hazırlıq — hamısı bir yerdə.

TEST MƏRHƏLƏSİ
Dövlət qulluğu yazılı imtahanının əsas bölmələri üzrə testlər: Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkür. Vəzifə qrupunuza uyğun suallarla çalışın, biliklərinizi yoxlayın və hər sualın izahı ilə mövzunu daha yaxşı mənimsəyin. Testi yarımçıq qoysanız, növbəti dəfə qaldığınız yerdən davam edin.

SINAQ İMTAHANI
Real imtahan formatında tam sınaq: 100 tapşırıq, 3 saatlıq taymer, sual xəritəsi və keçid balı. Hər vəzifə qrupu (AB, AC, BA, BB) üçün hazır sınaqlar, açıq tapşırıqlar daxil. Sonda fənlər üzrə nəticə, hansı altqrupa keçdiyiniz və hər səhv tapşırığın izahı. Sınaqlar ayrıca paket kimi satılır.

QANUNLAR
DİM proqramına daxil olan qanunların tam mətni — maddə-maddə, axtarışla və vəzifə qrupunuzun proqramına görə süzgəclə. Oxumağı yarımçıq qoysanız, növbəti dəfə qaldığınız yerdən davam edin.

SƏSLİ QANUNLAR
Qanun maddələrini peşəkar səslə dinləyin — ekran bağlı olanda və tətbiqdən çıxanda da. Yolda, maşında, idmanda hazırlaşın.

MÜSAHİBƏ SİMULYATORU
Üç nəfərlik komissiya qarşısında real müsahibə: suallar səsli verilir, səslə və ya yazılı cavab verirsiniz, süni intellekt cavablarınızı qanundakı meyarlar üzrə qiymətləndirir. Sonda hər meyar üzrə bal, zəif mövzular və nümunə cavablar. İlk müsahibə pulsuzdur.

QURUM VƏ VƏZİFƏ SUALLARI
Hər vakansiyanın müsahibə proqramı üzrə suallar: ümumi qanunlar, qurumun əsasnaməsi və vəzifə funksiyaları — cavabları və qanundakı mənbəsi ilə. Hər vəzifədə ilk 5 sual pulsuzdur.

VAKANSİYALAR
DİM-in müsahibə elanlarındakı vakansiyalar: tələblər, funksiyalar, son tarix və hər vəzifənin proqramı.

YÜKSƏL PREMIUM
Bütün vəzifələrin müsahibə sualları cavabları ilə və bütün səsli qanunlar. Aylıq avtomatik yenilənən abunədir; ödəniş Apple ID hesabınızdan tutulur. Abunə cari dövrün bitməsindən ən azı 24 saat əvvəl ləğv edilmədikdə avtomatik yenilənir. Abunəni App Store hesab ayarlarından idarə edə və ləğv edə bilərsiniz. Müsahibə simulyatoru və sınaq imtahanları ayrıca paket kimi satılır.

İstifadə şərtləri (EULA): 
Məxfilik siyasəti: 

## Yüksəl Screenshots
- [Screenshot 1](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/52/d1/34/52d13467-4425-4850-f8d6-c96986e87dd6/kohne-1-giris.png/1206x2622.png)
- [Screenshot 2](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/4e/55/fd/4e55fd57-85a7-2008-b26a-d77cbbbc8996/dizayn-5-sesli.png/1206x2622.png)
- [Screenshot 3](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource221/v4/3f/74/33/3f743311-b01c-a99c-9f11-150b5380b893/dizayn-4-simulyator.png/1206x2622.png)
- [Screenshot 4](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/90/65/2e/90652e7b-5d26-9bfc-361e-9897a5c723d9/kohne-3-qanun.png/1206x2622.png)
- [Screenshot 5](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource221/v4/85/9d/b6/859db6cc-6061-5370-664c-0fb3a5337126/kohne-4-qayda.png/1206x2622.png)
- [Screenshot 6](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/f4/6d/25/f46d25eb-3003-99ba-7c05-d986adc4e761/kohne-8-vakansiya.png/1206x2622.png)
- [Screenshot 7](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/7e/c2/e6/7ec2e6d2-427f-b151-d545-7de92b137cd5/kohne-5-mentiq.png/1206x2622.png)
- [Screenshot 8](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/a9/09/8f/a9098f61-e9cf-406b-b48c-96088e1e6345/kohne-2-test.png/1206x2622.png)
- [Screenshot 9](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource221/v4/a9/da/42/a9da4260-75a8-29b9-bd94-b3d519a90940/dizayn-3-vezife.png/1206x2622.png)

## Yüksəl Rating Breakdown in Azerbaijan
- 5 stars: 39 (89%)
- 4 stars: 1 (2%)
- 3 stars: 0 (0%)
- 2 stars: 0 (0%)
- 1 stars: 4 (9%)

## Yüksəl Reviews in Azerbaijan

### ***** "Əla"
Şəxsən mənə çox köməyi dəyir bu tətbiqin
-- Aydan.qurbanova, 2026-10-03

### ***** "Ela"
Belke sonda bu app vasitesile imtahani kecdim😂
-- Fidan Ib, 2026-10-03

### ***** "Çox rahat tətbiqdir."
Nəhayət ki, belə bir tətbiq yaradan oldu. Təşəkkürlər!
-- Məsləhət görürəm, 2026-10-01

[View all Yüksəl reviews and detailed analytics on AppTail](https://app.apptail.io/signup?utm_campaign=ai-crawl&amp;utm_content=reviews)


## Yüksəl Store Rankings
| Chart | Country | Category | Rank |
|-------|---------|----------|------|
| Top Free | Azerbaijan | Education | #38 |
| Top Grossing | Azerbaijan | Education | #63 |



## Yüksəl Available In
- [Azerbaijan](https://apptail.io/app/yuksel-dovlet-qullugu-BnaD/azerbaijan)
- [Kazakhstan](https://apptail.io/app/yuksel-dovlet-qullugu-BnaD/kazakhstan)

---

## About AppTail

[AppTail](https://apptail.io) is a mobile app intelligence platform providing app analytics, ASO (App Store Optimization) tools, keyword tracking, competitor analysis, revenue estimates, and review monitoring for iOS App Store apps. Track your app's performance, discover ranking keywords, monitor competitors, and analyze market trends.

- [Search Apps](https://apptail.io)
- [Top Charts](https://apptail.io/top-iphone-apps)
- [Sign Up for Full Access](https://app.apptail.io/signup?utm_campaign=ai-crawl&amp;utm_content=footer)

*Data provided by [AppTail](https://apptail.io) - Mobile App Intelligence Platform*
