---
title: "Lilitopia: Məktəbə Hazıram - Bewertungen, Einnahmen und Downloads in Aserbaidschan | Apple App Store"
description: "Lilitopia uşaqların sevərək öyrənməsi üçün hazırlanmış xüsusi bir tətbiqdir. Məktəbəqədər və ibtidai sinif yaşında olan uşaqlar burada sadəcə oyun oynamır, oynaya-oynaya hərfləri, rəqəmləri, rəngləri "
---

# Lilitopia: Məktəbə Hazıram — Aserbaidschan

![Lilitopia App Icon](https://is1-ssl.mzstatic.com/image/thumb/Purple211/v4/87/f2/42/87f24262-d50d-76dd-5bde-04bfe1acfd4a/AppIcon-0-0-1x_U007emarketing-0-8-0-85-220.png/434x0w.png)

**Developer:** [Jamil Islamov](https://apptail.io/de/developer/jamil-islamov-Eyfc)
**Category:** Education
**Rating:** 4.0/5 (8 ratings)
**Price:** Free
**Bundle ID:** com.Lili
**Store:** Apple App Store
**Country:** Aserbaidschan
**Version:** 1.2.4 (released 2026-05-15)
**Original Release:** 2026-02-12
**Languages:** English

**App Store Link:** [Download on Apple App Store](https://apps.apple.com/az/app/app/id6758339126)
**AppTail Page:** [https://apptail.io/de/app/lilitopia-mektebe-haziram-mowy/azerbaijan](https://apptail.io/de/app/lilitopia-mektebe-haziram-mowy/azerbaijan)

## Lilitopia Description
Lilitopia uşaqların sevərək öyrənməsi üçün hazırlanmış xüsusi bir tətbiqdir. Məktəbəqədər və ibtidai sinif yaşında olan uşaqlar burada sadəcə oyun oynamır, oynaya-oynaya hərfləri, rəqəmləri, rəngləri və yeni bacarıqları öyrənirlər.

Ən önəmlisi isə odur ki, uşağınız öyrəndiyini hiss etmədən öyrənir və öyrənmək onun üçün maraqlı bir macəraya çevrilir.

Lilitopia-da uşağınızı nələr gözləyir?

• Məktəbəqədər öyrənmə oyunları
Hərflər, rəqəmlər, fiqurlar, rənglər və başlanğıc səviyyə məntiq tapşırıqları uşaqlar üçün rahat və əyləncəli şəkildə təqdim olunur.

• Riyaziyyat fəaliyyətləri
Sayma, sıralama və müqayisə kimi tapşırıqlar uşağınızın riyazi düşünməsini oyunlarla addım-addım inkişaf etdirir.

• Rəsm və boyama
Uşaqların təxəyyülünü və yaradıcılığını gücləndirən, özünü sərbəst ifadə etməsinə kömək edən yaradıcı fəaliyyətlər.

• Sosial və emosional öyrənmə
Uşağınızın sosial bacarıqlarını inkişaf etdirməsinə, emosiyaları tanımasına, özünü daha rahat ifadə etməsinə kömək edən faydalı və inovativ oyunlar.

• Təbiət və heyvanlar aləmi
Uşaqları təbiətlə və heyvanlarla sevdirən rəngarəng və diqqət çəkən məzmun.

Lilitopia müasir təhsil yanaşmalarına əsaslanaraq tamamilə Azərbaycan dilində və Azərbaycan məktəbəqədər təhsil kurrikulumuna uyğun şəkildə hazırlanıb.

Əgər uşağınızın ekran vaxtında həm əylənməsini, həm də inkişaf etməsini istəyirsinizsə, Lilitopia ailəniz üçün doğru bir başlanğıcdır

## Lilitopia Screenshots
- [Screenshot 1](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/d7/1b/76/d71b76bb-783a-0a8c-a098-da4ccc54ebb9/Iphone1.png/1284x2778.png)
- [Screenshot 2](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource221/v4/ca/3c/a3/ca3ca355-a0ef-5b1e-6df1-896fd20bf924/Iphone2.png/1284x2778.png)
- [Screenshot 3](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/4c/ad/3b/4cad3b32-110f-cc38-92c3-0d902a7e4f01/Iphone3.png/1284x2778.png)
- [Screenshot 4](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/f0/07/ad/f007add2-e0b7-a9c6-69e6-51ab9fa4b763/Iphone4.png/1284x2778.png)
- [Screenshot 5](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource211/v4/09/02/cc/0902cc83-6267-71ff-1626-ea986d7d039e/Iphone5.png/1284x2778.png)
- [Screenshot 6](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource221/v4/03/d8/47/03d84751-696f-7ea2-68b3-c85f6f3c3061/Iphone6.png/1284x2778.png)
- [Screenshot 7](https://is1-ssl.mzstatic.com/image/thumb/PurpleSource221/v4/0b/f5/18/0bf518c0-fb51-9deb-d21b-ad124fcf6def/Iphone7.png/1284x2778.png)

## Lilitopia Rating Breakdown in Aserbaidschan
- 5 stars: 5 (63%)
- 4 stars: 1 (13%)
- 3 stars: 0 (0%)
- 2 stars: 1 (13%)
- 1 stars: 1 (13%)

## Lilitopia Reviews in Aserbaidschan

### ***** "Çooox maraqlı"
İlk öncə deməliyəm ki, tətbiqin dili (ana dilimizdə olması xüsusilə),  rənglər, səsləndirmə, rahat və interaktiv interfeys, uşaqları ayrı-ayrı profil olaraq əlavə etmək funksiyaları əladır. Qızımla birgə oynadıq, həqiqətən, çooox maraqlı keçdi ekran saatımız. Oyunların çeşidliliyi və yaşa uyğun təkliflərin verilməsi oyunu daha da maraqlı edir. Valideyn olaraq övladımın ana dilində böyük həvəslə anlayaraq oyun oynadığını görmək məni çox sevindirdi.
-- Aydan Hasanova, 2026-03-27

### ***** "Maratın anası"
Oğlumun 4 yaşı var və ilk dəfə bu tətbiqdən istifadə etdi. Qısa zamanda oyunun necə işlədiyini özü anladı və böyük maraqla oynamağa başladı. Həm əyləncəli, həm də inkişaf etdirici olması çox xoşuma gəldi. Uşaqları tam ekrandan uzaq tutmaq çətin olsa da, bu cür faydalı tətbiqlər vaxtlarını daha düzgün dəyərləndirməyə kömək edir. Bütün valideynlərə tövsiyə edirəm.
-- Marat.), 2026-03-27

### ***** "Möhtəşəm!"
5 və 3 yaşındakı qızlarım üçün ana dilimizdə öyrədici app olması hər zaman arzum olub. Bu app çox yaxşıdır, həm öyrədir, həm əyləndirir. Hər ikisi üçün də ayrı profil yaratmaq imkanı var. Başqa app-lara ehtiyac olmadan təməl bilikləri bir app-dan öyrənməsi isə lap əladır. Mənim kimi ekranın çoxluğundan qorxan mamalar üçün vaxt limiti də var. Hər detal ürəyimizcə oldu. Yaradıcılara təşəkkürlər!
-- Konul_H.S., 2026-03-22

[View all Lilitopia reviews and detailed analytics on AppTail](https://apptail.io/de/account/signup?utm_campaign=ai-crawl&amp;utm_content=reviews)


## Lilitopia Store Rankings
| Chart | Country | Category | Rank |
|-------|---------|----------|------|
| Top Kostenlos | Aserbaidschan | Education | #13 |
| Top Umsatz | Aserbaidschan | Education | #93 |




---

## About AppTail

[AppTail](https://apptail.io/de) is a mobile app intelligence platform providing app analytics, ASO (App Store Optimization) tools, keyword tracking, competitor analysis, revenue estimates, and review monitoring for iOS App Store apps. Track your app's performance, discover ranking keywords, monitor competitors, and analyze market trends.

- [Search Apps](https://apptail.io/de)
- [Top Charts](https://apptail.io/de/top-iphone-apps)
- [Sign Up for Full Access](https://apptail.io/de/account/signup?utm_campaign=ai-crawl&amp;utm_content=footer)

*Data provided by [AppTail](https://apptail.io/de) - Mobile App Intelligence Platform*
