Əla! Ən güvənli xərcləri idarə etmək proqramı
Çox gözəl və yararlı bir proqramdır. Xərcləri idarə etmək, gəlirləri hesab və cüzdanlar üzrə yerbəyer etmək, borc və kreditlərinizi çox rahat və sadə anlaşıqlı qrafiklərdə asanlıqla izləyə və çox detallı şəkildə maliyyə dövriyyənizə nəzarət edə bilirsiz. Üstəlik bu proqram yazılmış olduğu kodunu ictimaiyyətə tam açıq şəkildə yayılım edir. Yəni bu proqram, digərlərindən fərqli olaraq, heç bir məxvi şəxsi məlumatlarınızı reklamçılara ötürmür, proqramdakı bütün məlumatlarımız telefonda qalır. Cashew proqramının açıq kodlu lisenziyalı olması digər bu cür xərcləri idarə proqramlarından çox güvənilən edir. Cashew proqramının dizaynı da müasir və gözoxşayan şəkildə qurulub. Gözəl rənglər, funksiyaların və xərc-gəlir əməliyyatlarının məntiqli şəkildə yerləşməsi, anlaşıqlı qrafiklər, detallı tənzimləmə ayarları və axtarış filtrləri ümumi maliyyə duruçunuzu nizamlı şəkilə salmaqda çox böyük kömək edəcək, özünüz görəcəksiniz. Hamıya uğurlar diləyirəm!